FAB Şirkətlər Qrupu Orta Asiya bazarına ixraca hazırlaşır
calendar-icon

04.09.2025

FAB Şirkətlər Qrupu Orta Asiya bazarına ixraca hazırlaşır
  • FAB Şirkətlər Qrupu Orta Asiya bazarına ixraca hazırlaşır

FAB Şirkətlər Qrupu xarici bazara çıxış imkanlarını genişləndirmək istiqamətində daha bir mühüm addım atıb. Şirkətimiz Qazaxıstanın paytaxtı Almatıda keçirilən 31-ci Qazaxıstan Beynəlxalq İnşaat və İnteryer Sərgisi – “KazBuild 2025”-də ölkəmizi təmsil edib.

Bu nüfuzlu tədbirdə FAB Şirkətlər Qrupu geniş məhsul çeşidini ilk dəfə Orta Asiya bazarına təqdim edib. Sərgi çərçivəsində şirkətimizin nümayəndələri xarici tərəfdaşlarla görüşlər keçirib, əməkdaşlıq imkanları barədə müzakirələr aparacaq və ixrac proseslərinə dair konkret razılaşmalar əldə etməyə çalışıb. “KazBuild” sərgisi inşaat sektoru üzrə regionun ən böyük və nüfuzlu tədbirlərindən biridir. Bu il sərgidə 23 ölkədən 401 iştirakçı, Almaniya, Polşa, Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan, Rusiya, İran kimi ölkələrin aparıcı istehsalçıları yer alıb.

FAB Şirkətlər Qrupu üçün bu sərgi yalnız məhsulların təqdimatı deyil, həm də beynəlxalq bazarda yeni tərəfdaşlıqlar qurmaq, Azərbaycanın sənaye potensialını dünyaya nümayiş etdirmək baxımından əhəmiyyətli platformadır. Şirkətimizin əsas məqsəd və hədəfi təkcə məhsul ixracı ilə məhdudlaşmır, həm də istehsalat prosesində tətbiq etdiyimiz texnologiya və innovasiyanı Orta Asiya bazarında tanıtmaqdır. “KazBuild 2025” sərgisi sentyabrın 5-də başa çatıb.

Digər xəbər yazıları

other-news card img

FAB məhsulları “Turkeybuild 2025” inşaat sərgisində maraqla qarşılandı

16.04.2025

other-news card img

FAB Şirkətlər Qrupu Rusiya bazarına genişmiqyaslı ixraca hazırlaşır

01.04.2025

other-news card img

FAB Şirkətlər Qrupu Türkiyəyə dəstək olub

13.03.2023

other-news card img

“FAB Boya və Kimya Sənayesi” MMC ölkə başçısına təşəkkür məktubu ünvanladı

29.03.2020