
Şirkət haqqında
“FAB Boya və Kimya Sənayesi” MMC 2001-ci ilin 24 aprelində təsis edilib. Fəaliyyətinə “Faydasını alanlar bilər” şüarı altında inşaat boyalarının və həlledicilərin istehsalı ilə başlayıb. Şirkət zamanla istehsal sahələrinin sayını artırıb. Hazırda “FAB” təkcə boya şirkəti kimi deyil, inşaatla bağlı bir çox məhsulun istehsalçısı kimi tanınır. “FAB Boya və Kimya Sənayesi” MMC-nin nəzdində “FAB BOYA”, “POLİMERLƏR”, “FABKİM”, “HILL FAN” , NEOTEK fabrikləri fəaliyyət göstərir. 2014-cü ildə “FAB Boya və Kimya Sənayesi” MMC-nin daxilində “FAB Akademiyası” qurulub. Akademiyanın birinci korpusunda Almaniya və İngiltərənin ən müasir ölçmə, sınaq aparatları ilə təchiz olunmuş 4 laboratoriya (Araşdırma və İnkişaf, Keyfiyyətə Nəzarət, Polimerlər, Keramika Yapışdırıcıları laboratoriyaları), konfrans zalı və sinif otağı var. Burada respublikamızın orta məktəb şagirdləri, ali təhsil ocaqlarında təhsil alan tələbələr, ustalar, eləcə də şirkət əməkdaşlarının ixtisas dərəcələrinin, kvalifikasiyasının artırılması üçün müxtəlif səpkili təlim-seminar proqramları da keçirilir. 2015-ci ildə “FAB Akademiyası”nın ikinci korpusu istismara verilib. Burada müasir standartlar əsasında plastik məhsulların keyfiyyətinə nəzarət olunur. 2016-cı ildə şirkət alman texnologiyası əsasında hazırlanan, “FAB Akademiyası” məhsulu olan premium keyfiyyətli “MEGA Group” boyalarını istehlakçılara təqdim edib.
“FAB Boya və Kimya Sənayesi” MMC dürüstlük, ədalət prinsipləri əsasında, gərgin zəhmət, güclü iradə və əzmlə günbəgün böyüyür. Ölkəmizin iqtisadi inkişafına, insanlarımızın sosial-rifahının yaxşılaşdırılmasına dəstək olur. Zirvələri birlikdə fəth edəcəyik.
“FAB Boya və Kimya Sənayesi” MMC olaraq Sizinlə bərabər olmaqdan və Sizə xidmət etməkdən hər zaman qürur duyuruq!