Bakı şəhərinin 3 rayonu üzrə birgə Əmək yarmarkası keçirilib
calendar-icon

06.06.2014

Bakı şəhərinin 3 rayonu üzrə birgə Əmək yarmarkası keçirilib
  • Bakı şəhərinin 3 rayonu üzrə birgə Əmək yarmarkası keçirilib

İyunun 6-da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Bakı Tennis Akademiyasında paytaxtın Binəqədi, Nəsimi və Nərimanov rayonları üzrə Əmək yarmarkası keçirilib.

Aktiv məşğulluq tədbirində hər üç rayonun məşğulluq mərkəzləri tərəfindən müəssisələrdən toplanmış, əsasən qulluqçu və fəhlə peşələri üzrə ümumilikdə 392 boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təklif olunub. Vakant iş yerləri 43-ü özəl sektora aid 49 müəssisəyə aid olub. Bu müəssisələr sırasında "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC, "Nurgün şirkətlər qrupu", “Unibank” ASC, “Baku Steel Construction” ASC, “Expressbank” ASC, "FAB Boya və Kimya Sənayesi" MMC, “Bakı Sığorta” ASC, Bakı "Əyrici-Toxucu" ASC, “Ata Turizm” MMC, "Buta Sığorta" ASC, “Kristal” MMC, “DəmirBank” ASC, “Bakı Tikiş Evi” ASC və digər iri şirkətlər də var.

Yarmarkada boş iş yeri təqdim edən müəssisələrin nümayəndələri də iştirak edib, işsiz və işaxtaran vətəndaşla onların birbaşa əlaqəsi təmin olunub. Tədbirdə qeyd olunan Məşğulluq Mərkəzlərində işsiz kimi qeydiyyatda olan şəxslərin münasib işlərlə təminatına xüsusi diqqət yetirilib. Yarmarka zamanı əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnmək məqsədilə peşə hazırlığı kurslarına cəlb olunmaq, habelə müvəqqəti xarakterli işlərdə çalışmaq istəyənlərin qeydiyyatı da aparılıb.

Digər xəbər yazıları

other-news card img

Tanınmış interyer dizayner Günay Hüseyn və tələbələri FAB Boyada

21.08.2025

other-news card img

FAB Şirkətlər Qrupu aztəminatlı ailələrə yardım edib

25.07.2025

other-news card img

Avropa Azərbaycan məktəbinin yay məktəbi şagirdləri üçün ekskursiyalara başlanılıb

16.07.2025

other-news card img

FAB Şirkətlər Qrupu xeyriyyə aksiyasına davam edir

26.06.2025