BİRLİK RUHUNDA YENİ İL
calendar-icon

22.12.2025

BİRLİK RUHUNDA YENİ İL
Tədbirin rəsmi hissəsində 2025-ci ilin yekunlarına həsr olunmuş video təqdimatlar nümayiş olundu. Vurğulandı ki, bu il FAB Şirkətlər Qrupu üçün uğurlu inkişaf mərhələsi oldu. Beynəlxalq sərgilərdə iştirak, dünya bazarına çıxış imkanlarının genişlənməsi və 14 yeni satış mərkəzinin istifadəyə verilməsi bunun bariz nümunəsidir.
Rəsmi hissədən sonra tədbirin bədii proqramı başladı. Bu ilki Yeni il gecəsi təkcə sevilən sənətçilərin rəngarəng ifaları ilə deyil, eyni zamanda FAB əməkdaşlarının yaradıcılıq dolu çıxışları ilə də fərqləndi. Müxtəlif departamentlərin əməkdaşları musiqi, rəqs və digər istedadlarını nümayiş etdirərək tədbirə xüsusi ab-hava qatdılar.
Səmimiyyət,birlik ruhu ilə seçilən bu çıxışlar maraqla qarşılandı və simvolik mükafatlar, hədiyyələrlə dəyərləndirildi. “Birlik ruhunda Yeni il” tədbiri FAB Şirkətlər Qrupunun korporativ dəyərlərini, komanda ruhunu və ortaq uğura inamını bir daha nümayiş etdirərək yaddaqalan bir bayram gecəsi kimi tarixə düşdü.

Digər xəbər yazıları

other-news card img

FİLOSOF MÜŞFİQ ÖTGÜN FAB ŞİRKƏTLƏR QRUPUNDA

15.05.2026

other-news card img

“KRİSTAL ABŞERON” ASC-NİN NÜMAYƏNDƏLƏRİ “FAB” VƏ “OMİD”DƏ

14.05.2026

other-news card img

BAKI MODERN TƏHSİL KOMPLEKSİNİN NÖVBƏTİ ŞAGİRD QRUPU “FAB” DA

13.05.2026

other-news card img

FAB ŞİRKƏTLƏR QRUPUNUN ƏMƏKDAŞLARI FƏXRİ XİYABANI ZİYARƏT EDİBLƏR

10.05.2026