
Xəbərlər
14.12.2023
14.12.2023-cü il tarixində Zirve liseyi nin 3- cü sinif şagirdləri sinif rəhbəri Nərmin Abbasovanın rəhbərliyi altında FAB Şirkətlər Qrupunun istehsal müəssisələrində oldular. Şagirdlər məhsulların hazırlanma prosesi, laboratoriyalarda aparılan sınaq və təcrübələrlə tanış oldular. Şirkətimizin nəzdindəki boya emalatxanasında müxtəlif rəng çeşidlərində boyalar hazırlayan şagirdlər maraqlı, əyləncəli vaxt keçirtdilər. Sonda ekskursiya iştirakçılarına hədiyyələr təqdim edildi, xatirə şəkli çəkdirildi.
Digər xəbər yazıları