“Regionl İnkişaf” İctimai Birliyinin könüllüləri “FAB” Şirkətlər Qrupunun qonağı oldular
calendar-icon

16.02.2021

“Regionl İnkişaf” İctimai Birliyinin könüllüləri  “FAB” Şirkətlər Qrupunun qonağı oldular

16.02.2021- ci il tarixində “Regionl İnkişaf” İctimai Birliyinin Bakı şəhəri üzrə könüllüləri “FAB Boya və Kimya Sənayesi”MMC-də oldular. Şirkətimizin İctimaiyyətlə Əlaqələr və Reklam Departamentinin rəhbəri Rüstəm Məmmədov qonaqlara şirkətin fəaliyyət istiqamətləri, brendləri, imic və kommunikasiya vasitələri haqqında geniş məlumat verdi. Ekskursiyanın ikinci mərhələsində könüllülər “FAB” brendinin istehsal sahələrini, keyfiyyətə nəzarət laboratoriyalarını yaxından izlədilər. Onlara istehsalat prosesi, tətbiq edilən müasir texnologiya və avadanlıqlar, məhsul çeşidləri haqqında ətraflı məlumat verildi, suallar cavablandırıldı.

Zavod və fabriklərlə tanışlıqdan sonra “FAB Akademiyası”nın konfrans zalında “FAB Boya” şirkəti haqqında hazırlanan videomaterial nümayiş etdirildi. RİİB könüllüləri gəzinti ilə bağlı təəssüratlarını bölüşdülər. Sonda “FAB Boya” adından ekskursiya iştirakçılarına simvolik hədiyyələr təqdim olundu, xatirə şəkli çəkdirildi.

Digər xəbər yazıları

other-news card img

FİLOSOF MÜŞFİQ ÖTGÜN FAB ŞİRKƏTLƏR QRUPUNDA

15.05.2026

other-news card img

“KRİSTAL ABŞERON” ASC-NİN NÜMAYƏNDƏLƏRİ “FAB” VƏ “OMİD”DƏ

14.05.2026

other-news card img

BAKI MODERN TƏHSİL KOMPLEKSİNİN NÖVBƏTİ ŞAGİRD QRUPU “FAB” DA

13.05.2026

other-news card img

FAB ŞİRKƏTLƏR QRUPUNUN ƏMƏKDAŞLARI FƏXRİ XİYABANI ZİYARƏT EDİBLƏR

10.05.2026