
Sintetik əsaslı boya və laklar
FAB SİNTETİK CIZILMAZ PARLAQ PARKET LAKI
MƏHSUL HAQQINDA: Tək komponentli, modifiye edilmiş, uretan alkid bağlayıcı əsaslı, asan tətbiq edilə bilən, cızılmayan parlaq parket lakıdır. XÜSUSİYYƏTLƏRİ: Yüksək və qalıcı parlaqlığı, cızılmalara qarşı yüksək dayanıqlılığı (istisna hallarını metal, daş və bu kimi sərt materiallardan yarana biləcək cızılmalar təşkil edir), şəffaflığı, sərtliyi, tətbiq edildiyi səthin təbii görünüşünü saxlaması, digər laklara nəzərən saralmaya qarşı daha davamlı bir təbəqə yaratması üstün xüsusiyyətlərindəndir. Parket döşəmə, taxta plitə və mozaikaları yağ, çay, qəhvə və içki kimi maddələrə qarşı qoruyur. Məişətdə istifadə olunan təmizlik vasitələrinə qarşı davamlıdır. Fırça izi saxlamır. Özəlliklə cızılmaması daha çox tələb olunan yerlərdə istifadə edilməsi məsləhətdir.
| Çəki/Həcm | 3.75; 15 L |
| Istehsalçı ölkə | Azərbaycan |
| Məhsul Kodu | 153.0001.46 |
Məhsul xüsusiyyətləri
Digər məhsullar
FAB SİNTETİK YAT VERNİK
0.85; 2.5; 15 L
FAB SİNTETİK PARLAQ PARKET LAKI
0.85; 2.5; 3.75; 15 L
FAB ALÜMİNİUM BOYA
0.25; 0.85; 2.5 L
FAB SİNTETİK SUPER MAT BOYA
0.85; 2.5; 3.75; 15 L